ONN İnformasiya Agentliyi

Ərdoğan: “Ankara, Moskva və Tehran Suriyaya dair mütəmadi danışıqlar aparacaqlar”

Ərdoğan: “Ankara, Moskva və Tehran Suriyaya dair mütəmadi danışıqlar aparacaqlar”
25 Noyabr 2017 - 22:56

Türkiyə, Rusiya və İran Suriyadakı vəziyyətlə əlaqədar mütəmadi danışıqlar aparacaqlar.

ONN media xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Balıkəsir əyalətində hakim Ədalət və İnkişaf Partiyasının deputatları qarşısında çıxışı zamanı bildirib.

“Biz Suriyada humanitar böhrana son qoymaq üçün prinsipial razılığa nail olmuşuq. Biz hər 15 və ya 30 gündən bir danışıqlar aparacağıq. Ümid edirəm ki, Suriyada yaşayan insanlar ən yaxın zamanda qərarlarımızın nəticəsini hiss edəcəklər”, – deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, noyabrın 22-də Soçidə Rusiya, Türkiyə və İran prezidentləri arasında Suriya nizamlanmasına dair görüş keçirilib. (apa)

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png