Ərdoğan Avropanı hədələdi: Bir daha işğal desəniz…

Bizim dərdimiz Suriyada işğala cəhd göstərən terror qruplaşmalarıyladır. Bizim kürd qardaşlarımızla problemimiz yoxdur. Biz orada kürd qardaşlarımızla deyil, terror qruplaşması ilə mübarizə aparırıq. Bəlkə də Türkiyə bu ölkənin torpaqlarındakı yeganə qanuni qüvvədir.

ONN media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Sülh çeşməsi” əməliyyatı ilə bağlı danışarkən deyib.

“Ey Avropa Birliyi, özünə gəl. Bizim hazırkı əməliyyatımızı işğal fəaliyyəti kimi təqdim etməyə çalışsanız, işimiz asandır, qapıları açarıq, 3.6 milyon qaçqını sizə göndərərik”, – Ərdoğan bildirib.