Ərdoğan: “Babam Sarıqamışda donaraq şəhid olub”

“Kəndimizdəki bəzi böyüklərimiz Sarıqamışdan dönəndən sonra mərhum babamla bağlı xatirələrini bölüşürdülər. Onlar deyirdilər ki, babamı tüfəngə sarılaraq, donduğunu görüblər”.

Bunu Tükiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplatısında bildirib.

Dövlət başçısı xatırladıb ki, bu gün Sarıqamış hərakatının 103-cü ildönümdür. R.T.Ərdoğan vurğulayıb ki, Sarıqamış bir qələbə, qəhramanlıq dastanıdır: “Ordumuz onda düşmənin deyil, təbiətin qarşısında aciz qalıb. Bu hərəkatda biz böyük bir bölümümüzü soyuğa qurban verdik. Rusiya ordusu onda cəbhədə 30 mindən çox hərbçisini itirmişdi. Kəndimizdə bəzi böyüklərimiz Sarıqamışdan dönəndən sonra mərhum babamla bağlı deyirdilər: “Tüfəngə sarılaraq, donduğunu gördük”. Bizə yaşadıqlarımızdan dərs almaq lazımdır. Mərhum babamla da daxil omaqla Sarıqamışın bütün şəhidlərinə allah rəhmət eləsin”. //Report