ONN İnformasiya Agentliyi

Ərdoğan Ermənistanı izolyasiyanı gücləndirməklə hədələdi

Ərdoğan Ermənistanı izolyasiyanı gücləndirməklə hədələdi
04 Dekabr 2017 - 16:56

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanı bundan sonra da regional iqtisadi layihələrdən kənarda qoyacağı ilə hədələyib.Bu barədə o, hakim partiyanın forumunda çıxışı zamanı bildirib.

ONN media xəbər verir ki,  Türkiyə liderinin sözlərinə görə, erməni diasporunun təzyiqi altında rəsmi İrəvan “Türkiyə ilə dostluq qapılarını inadla qıflıda saxlayır”.

“Nəticədə Ermənistan bölgədəki nəqliyyat, ticarət və energetik layihələrdən kənarda qalıb. Üstəlik, o, izolyasiya şəraitində olmaqda davam edir”, – deyə Ərdoğan qeyd edib və onu da əlavə edib ki, bunun qarşılığında Gürcüstan bir yandan Türkiyə və Qərb arasında, digər yandan isə Qafqaz regionu ilə Orta Asiya arasında körpüyə çevrilib.

“Bu iki nümunə çox səciyyəvidir. Yəni kim ki bizimlə dostluq edir, o qazanır, kim ki kin saxlayır – itirir” – sonda Türkiyə prezidenti fikrini tamamlayıb.(Musavat.com)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png