Ərdoğan Fransada strateji razılaşma əldə etdi

Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə gedən Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı strateji razılaşma əldə edilib.

ONN media xarici media vasitələrinə istinadən xəbər verir ki, Fransa və İtaliyanın ortaq şirkəti olan EUROSAM-la Türkiyənin ASELSAN və ROKETSAN şirkətləri arasında uzunmənzilli hava hücumundan müdafiə sisteminin inkişaf etdirilməsi mövzusunda müqavilə imzalanıb.

EUROSAM-dan verilən açıqlamaya görə, üç ölkənin həyata keçirəcəyi raket proqramı 2020-ci ilin ortalarında hazır olacaq. Raket proqramı gözəgörünməz təyyarələr, pilotsuz uçuş aparatları və raketlərdən qaynaqlanan təhdidlərə qarşı müdafiə imkanlarını təmin edəcək.