Ərdoğan kabineti toplayır- NƏ BAŞ VERİR?

Türkiyə Nazirlər Kabinetinin çərşənbə axşamı, fevralın 14-nə planlaşdırılan iclası Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin Ankaradakı baş ofisində keçiriləcək.

Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, iclas zəlzələdən zərər çəkmiş rayonlardakı vəziyyətə həsr olunacaq.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclas yerli vaxtla saat 15:00-da başlayacaq.

Təbii fəlakət zonasında olan hökumət üzvləri iclasda videokonfrans vasitəsilə iştirak edəcək