Ərdoğan Putinə təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

ONN media xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Söhbət zamanı Türkiyədə baş verən zəlzələlər, Rusiya-Ukrayna məsələsi müzakirə olunub.

Ərdoğan zəlzələ fəlakətindən dolayı göstərdiyi həmrəyliyə görə Putinə təşəkkürünü bildirib.