Ərdoğan Putinlə telefonda danışdı – SON DƏQİQƏ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

ONN media xəbər verir ki, liderlər Suriya probleminə dair prosesləri müzakirə edib və 22 oktyabrda imzalanan Soçi memorandumuna sadiqliyi dilə gətiriblər.

Görüşdə, həmçinin, ikili münasibətlərin inkişafı və ticarət həcminin artırılmasına dair atılacaq addımlar müzakirə olunub.

Qeyd edək ki, Ərdoğan 13 noyabrda Vaşinqtona səfər edəcək.