ONN İnformasiya Agentliyi

Ərdoğan TŞ-nı topladı- NƏ BAŞ VERİR?

Ərdoğan TŞ-nı topladı- NƏ BAŞ VERİR?
13 Yanvar 2024 - 19:15

Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türkiyənin təhlükəsizlik şurasının toplantısı keçirilib.

ONN media xəbər verir ki, mediaya qapalı şəraitdə keçirilən toplantı təxminən bir saat davam edib.

Prezident Ərdoğanın rəhbərliyi ilə keçirilən tədbirdə xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi Metin Gürak, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun, ölkə başçısının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.

Görüşdən əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanın Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı və İYİ Partiyanın sədri Maral Akşənərlə terrorla mübarizə ilə bağlı telefonla danışıqları olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png