ONN İnformasiya Agentliyi

Ərdoğan və Bahçeli prezident seçkilərinin detallarını müzakirə edəcəklər

Ərdoğan və Bahçeli prezident seçkilərinin detallarını müzakirə edəcəklər
10 Yanvar 2018 - 10:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli prezident seçkilərinin detallarını müzakirə edəcəklər.

Trend-in məlumatına görə, görüşün sabah yerli vaxtla saat 16:00-da keçiriləcəyi gözlənilir.

Bundan əvvəl D.Bahçeli bəyan etmişdi ki, MHP seçkilərdə Prezident R.T.Ərdoğanı dəstəkləyəcək.

 Bu bəyanata cavab olaraq dövlət başçısı müxalif liderlə istənilən mövzunu müzakirə etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, 2019-cu ildə Türkiyədə prezident, parlament və bələdiyyə seçkiləri keçiriləcək. Prezident və parlament seçkilərinin bir gündə keçiriləcəyi gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png