Ərdoğan və Kılıçdaroğlunun qarşılaşdığı anlar gündəm oldu

Konstitusiya Məhkəməsinin 61-ci ildönümü mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və “Millət ittifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu da iştirak edib.

ONN media xəbər verir ki, seçki marafonunun başlamasından sonra ilk dəfə bir araya gələn Ərdoğan və Kılıçdaroğlu salonda bir-birinə yaxın oturublar.

İkilinin əl sıxmaması diqqət çəkib. İlk olaraq zala Kılıçdaroğlu gəlib.

Daha sonra Prezident Ərdoğan zala daxil olub. Tərəflərin bir-birinə baxmaması diqqət çəkib.