Ərdoğan və Rəisi arasında 10 saziş imzalandı

İran Prezidenti İbrahim Rəisinin Ankaraya səfəri zamanı Türkiyə ilə ticarət-iqtisadi əlaqələrin inkişafı məqsədi ilə əməkdaşlığa dair on sənəd imzalanıb.

ONN media xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Əməkdaşlıq sazişləri dəmir yolları, energetika, birgə kommersiya zonaları və kommunikasiyalar kimi müxtəlif sahələri əhatə edir.

Rəisi və Ərdoğan regional məsələləri, xüsusilə də Qəzzada müharibənin nəticələrini, həmçinin ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün atılacaq addımları müzakirə ediblər.