Ərdoğan və Zelenski telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

ONN media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, liderlər Rusiya-Ukrayna müharibəsini müzakirə edib. Prezident Ərdoğan Ukraynada baş verən faciəvi helikopter qəzası ilə bağlı Vladimir Zelenskiyə başsağlığı verib.

Ərdoğan Rusiya ilə Ukrayna arasında qalıcı sülhün bərqərar olması üçün güclü diplomatik töhfə verməyə, bu prosesdə vasitəçilik vəzifəsini üzərinə götürməyə hazır olduqlarını bir daha vurğulayıb.