Ərdoğan Yunanıstan prezidentinə başsağlığı verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Prezidenti Katerina Sakellaropula başsağlığı verib.

ONN media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan qatar qəzasına görə kədərləndiyini, həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, ölkənin Larissa şəhəri yaxınlığında qatar qəzası nəticəsində 36 nəfər həlak olub, 85 nəfər isə yaralanıb.