Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Roma papasının dəvəti ilə Vatikana səfər edəcək.
ONN media xəbər verir ki, Səfər fevralın 5-də baş tutacaq. Ərdoğanın səfəri 59 il sonra Türkiyə prezidenti səviyyəsində ilk rəsmi ziyarət olacaq.
Papa Fransisklə Ərdoğanın görüşünə əsas müzakirə mövzusunun Qüds məsələsi olacağı bildirilir.