Ərdoğandan Afrin açıqlaması: Davam edəcəyik

Qərb Afrində keçirilən əməliyyata görə artıq bizə haqq qazandırır.

ONN media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf partiyasından olan millət vəkilləri ilə görüşü zamanı bildirib.

“Əməliyyat sonuna qədər davam edəcək. PKK-YPG-nin hədəfi Türkiyədir. İqtisadiyyatımız kifayət qədər sağlamdır”, – Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı artıq 13 gündür davam edir.(axar.az)