Ərdoğandan daha bir QƏRAR- Onlayn qatılacaq

“Akkuyu” AES-ə nüvə yanacağının verilməsi mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onlayn formatda qatılacaq.

ONN media xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ərkan Kandəmir deyib.

Qeyd edək ki, “Akkuyu” AES-də mərasimin 27 apreldə keçirilməsi nəzərdə tutulur. Rusiya Prezidenti Vladimir Putin də mərasimdə videobağlantı vasitəsilə iştirak edəcək.