ONN media

Ərdoğandan edam qərarı ilə bağlı AÇIQLAMA

Ərdoğandan edam qərarı ilə bağlı AÇIQLAMA
25 Avqust 2019 - 21:47

Əminə Bulud xanımla bağlı hadisə həzm olunacaq bir şey deyil.

ONN media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əminə Bulud adlı qadının keçmiş həyat yoldaşı tərəfindən övladının gözü qarşısında bıçaqlanmasına münasibət bildirərkən deyib.

O, sözügedən cinayəti vəhşilik adlandırıb.

Ərdoğan bu cür cinayətlərdən sonra edam qərarının bərpa edilməsi haqqında səslənən fikirlərə də münasibət bildirib:

“Edam qərarını prezident kimi təkbaşıma vermək səlahiyyətim yoxdur. Parlamentdən belə bir qərar gələrsə, təsdiqləyəcəyimi deyə bilmərəm”.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin Qırıqqala şəhərindən Fədai Varan adlı şəxsin 10 yaşlı qızının gözləri önündə 4 il əvvəl boşandığı keçmiş həyat yoldaşı Əminə Buludu bıçaqlaması böyük rezonans doğurub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png