Ərdoğandan seçkilərlə bağlı açıqlama

Ara sakitləşmədən seçkilərin tarixini konkret müəyyənləşdirmək olmaz.

ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinin mümkün olub-olmaması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

O bildirib ki, ictimai rəydə olan hər şey hakimiyyətin gündəmindədir:

“Çünki biz işimizi ictimai rəyə uyğun qururuq”.

Qeyd edək ki, daha əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop söyləmişdi ki, gələn il iyunun 18-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin vaxtının qabağa çəkiləcəyi istisna deyil.

Əlavə ki, seçkilərin aprelin 30-da, mayın 7-də və mayın 14-də keçirilə biləcəyi ilə bağlı iddialar da yayılıb.