Ərdoğandan seçkilərlə bağlı mühüm qərar

Zəlzələ qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq seçkiöncəsi təşviqat kampaniyası musiqinin müşayiəti olmadan keçiriləcək.

ONN media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Kampaniya üçün hazırlanan bütün musiqiləri qadağan edirik. Musiqisiz kampaniya keçirəcəyik, üzbəüz görüşəcəyik”, – deyə türk lider bildirib.

Qeyd edək ki, R.T.Ərdoğan ölkədə prezident və parlament seçkilərinin mayın 14-nə təyin edilməsi haqqında fərman imzalayıb.