Ərdoğandan taxılla bağlı açıqlama

İstanbuldan keçən “Razoni” quru yük gəmisi əslində bir ilk idi.

ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Onun arxasında bu şəkildə 20-yə yaxın gəmi düzülüb. Hər şeydən əvvəl Rusiya indi deyir ki, bizim hazırlığımız və ciddi şəkildə çıxmaq gücümüz var, bizdəkilərə nə vaxt vasitəçilik edəcəksiniz?”

Müvafiq nazirliklərimiz, ilk növbədə ticarət nazirliyimiz bu məsələ ilə bağlı sürətlə işləyir”, – Ərdoğan bildirib.