Ərdoğanla Putinin görüşündə tərcümə problemi -Video

Soçidə bir araya gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rus həmkarı Vladimir Putinin görüşdən sonra keçirdiyi mətbuat konfransı problemsiz ötüşməyib.
ONN media rus KİV-nə istinadən xəbər verir ki, konfransda sinxron tərcümənin olmaması çətinlik yaradıb.
Lakin Vladimir Putin qısa zamanda bu problemin həllini tapıb. O, tərcüməçiyə mikrofona yaxınlaşmağı xahiş edib. Tərcüməçinin müşayiəti ilə keçirilən konfansda bir çox suallar cavablandırılıb.