​Ərdoğandan müttəfiqlərinə xəbərdarlıq – “Torpağa göməcəyik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Afrin bölgəsində terror qruplaşmalarına qarşı əməliyyatların hər an başlaya biləcəyini bəyan edib.

ONN media-nın məlumatına görə, Amkaradakı çıxışı zamanı o bildirib ki, ABŞ-ın dəstək verdiyi PYD-YPG terrorçularının hədəfi Türkiyədir.

Türkiyə prezidenti ABŞ-ın Suriyada yeni ordu qurmaq planı ilə bağlı rəsmi Vaşinqtona xəbərdarlıq edib.