ONN İnformasiya Agentliyi

Əfqanıstan yenidən ALOVLANIR: partizan müharibəsi başladı

Əfqanıstan yenidən ALOVLANIR: partizan müharibəsi başladı
10 Noyabr 2021 - 9:20

Əfqanıstanın şərqindəki Lağman vilayətində “Taliban” əleyhdarlarının silahlı qruplaşması hərəkata qarşı mübarizəyə başladığını elan edib.

ONN media xəbər verir ki, silahlı qrup Əhməd Məsudun rəhbərlik etdiyi Milli Müqavimət Cəbhəsini ( FNS ) dəstəkləyir .

“Mücahidlər, hüquq və azadlıq döyüşçüləri ölkədə ədalətin bərqərar olması və işğala son qoymaq üçün Lağman vilayətində partizan aksiyalarına və döyüşlərə başlayıblar”, – deyə bəyanatda bildirilir.

Oktyabr ayında Əfqanıstan Milli Konqresi Partiyasının sədri Əbdül Lətif Pedram Əfqanıstanda müqavimət qüvvələrinin “Taliban”a qarşı partizan müharibəsini davam etdirdiyini açıqlamışdı. O, deyib ki, müqavimət Pəncşir dərəsindən keçən əsas yolun hər iki tərəfindəki dağ dərələrinə və təpələrə nəzarət edir, lakin keçidin özü radikalların nəzarətindədir.

Avqustun 15-də hərəkatın rəsmi nümayəndəsi Zəbihullah Mücahid bildirib ki, “Taliban” Kabilin bütün ərazilərinə nəzarəti ələ keçirib və Əfqanıstanın paytaxtında təhlükəsizlik vəziyyətini tam nəzarətə götürüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png