ONN İnformasiya Agentliyi

Əfqanıstanda hərbi helikopter qəzaya uğradı: 9 xüsusi təyinatlı öldü

Əfqanıstanda hərbi helikopter qəzaya uğradı: 9 xüsusi təyinatlı öldü
18 Mart 2021 - 9:51

Əfqanıstanda xüsusi təyinatlı hərbi dəstəyə məxsus helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb.

ONN media xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Rusiya istehsalı olan “Mi-17” helikopteri Əfqanıstanın Vardak əyalətinin Behsud dairəsində qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterin göyərtəsindəki 9 xüsusi təyinatlı hərbçi ölüb.

Qəzanın səbəbi araşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png