Əfqanıstanda məsciddə partlayış: ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə yerləşən məscidlərdən birində güclü partlayış olub.

ONN media xəbər verir ki, partlayış terrorçu-intiharçı tərəfindən törədilib. İnsident nəticəsində məscidin imamı həlak olub, 3 nəfər isə yaralanıb.

Bildirilir ki, bütün yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.

Məlumata əsasən, Əfqanıstanın Daxili İşlər Nazirliyi ölən və yaralananlar haqqında məlumatı təsdiq edib.