Əfsanəvi rejissor vəfat etdi

Məşhur sovet rejissoru, xalq artisti Marlen Xutsiyev vəfat edib. 94 yaşında Moskvada dünyasını dəyişib.

ONN media xəbər verir ki, ötən ilin dekabr ayından xəstəxanaya yerləşdirilən rejissor bu gün səhər saatlarında Moskvada dünyasını dəyişib.

Əfsanəvi rejissorun 94 yaşı vardı.

O, “Zareçnıy küçəsində bahar”, “İliçin zastavası”, “İyul yağışı” kimi məşhur sovet filmlərinin rejissoru kimi tanınır. (baku.vs)