ONN İnformasiya Agentliyi

Əməliyyatlarda türk ordusundan İNANILMAZ UĞUR, Parlament sədrindən AÇIQLAMA…- YENİLƏNİR

Əməliyyatlarda türk ordusundan İNANILMAZ UĞUR, Parlament sədrindən AÇIQLAMA…- YENİLƏNİR
18 Oktyabr 2019 - 13:46

“Türkiyə ötən gün ABŞ ilə əldə olunan razılaşma ilə “Sülh çeşməsi” hərəkatına zəmin hazırlayan hədəflərinə çatdı”.

ONN media xəbər verir ki, bunu Türkiyə Böyük Milllət Məclisinin sədri Mustafa Şəntop deyib.

Tvitterdn Türkiyə və ABŞ arasında baş tutan görüşlərə dair mövqeyini açıqlayan sədr bildirib ki, bu proseslə bağlı yaşananlar və tərəflərin mövqeyi arxivləşdirilib: “Türkiyənin hərbi və siyasi gücü görüldü. Hafizəsinin nə qədər güclü olduğu isə zamanla görüləcək”.

Qeyd edək ki, ötən gün Türkiyə və ABŞ arasında “Sülh çeşməsi” hərəkatının başa çatdırılmasına dair razılaşma əldə edilib.

***

11:49

Türkiyə ilə ABŞ arasında Suriyanın şimalındakı əməliyyatların dayandırılması üçün 13 maddəlik razılaşma imzaladıqdan sonra PKK/YPG-dən ilk açıqlama gəlib.

PKK/PYD/YPG/SDG-nin komandiri, “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahin razılaşmanı qəbul etdiklərini açıqlayıb.

“Türkiyə ilə razılaşmanı qəbul edirik və onun tətbiqi üçün nə lazımdırsa, edəcəyik. Bu, sadəcə bir başlanğıcdır. Ona görə də Türkiyəni hədəfinə çatdırmayacaq”,- Şahin bildirib.

Razılaşmanın Suriyanın şimalında Ras əl Eyn və Təl Abyad arasındakı 120 km-lik sərhəd bölgəsini əhatə etdiyini iddia edən komandir qüvvələrinin digər bölgələrdən çıxmayacağını vurğulayıb.

ABŞ-Türkiyə razılaşmasına Dəməşq hökumətindən də açıqlama gəlmişdi. Bəşər Əsədin siyasət və media üzrə müşaviri Buseyna Şaban razılaşmanı “müəmmalı” adlandırmışdı.

***

09:42

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı keçirdiyi “Sülh çeşməsi” (Parış pınarı) əməliyyatı 10-cu günündə planlaşdırıldığı kimi davam edir.

Fərat çayının şərqindəki 120 kilometrlik Türkiyə-Suriya cəbhə xətti PKK-dan təmizlənmək üzrədir.

Suriyanın daxilində doğru 35 km irəliləyən Mehmetçik və Suriya Milli Ordusu terrorçuların casus yuvasına çevirdiyi ilçə mərkəzlərini təhlükəsiz etmək üçün işlər aparır.

Hərəkatın ilk cəbhəsi olan Təl Abyad və Ras əl Eyn arasındakı 120 kilometrlik bölgənin 100 kilometrə yaxınında hakimiyyət əldə olunub. TSQ və SMO son 24 saatda 20-yə yaxın kəndi terrorçulardan təmizləyib. İşğaldan azad edilən kənd sayı 80-i keçib. Tunellərdən istifadə edərək üzə çıxan PKK-çılar SMO döyüşçləri tərəfindən məhv edilir. Birliklər təşkilatın qadın qolu olan YPJ-nin qərargahını da ələ keçirib.

Ras əl Eynin xarici məhəllələrindəki terror hədəfləri tank və top atışları ilə dünən gün boyu davam edib. Bomba düşən nöqtələrdə çıxan yanğınlar terrorçuların sursat anbarlarının partladığını göstərir. Ras əl Eyndən İraq sərhədinə uzanan quru yolu əməliyyatların ikinci mərhələsinə start verilmədiyi üçün hələ də açıqdır. Terrorçular Qamışlıdan Ras əl Eyn tərəfinə M4 magistral yolunu istifadə edərək silah daşıyır. TSQ təqib etdiyi konvoyların nöqtələrini müəyyən edərək hava hücumu ilə məhv edir.

Hərəkatın 9-cu günündə zərərsizləşdirilən terrorçu sayı 702-yə çatıb. 40 PKK-çı sağ ələ keçirilib. Rakka və Tabqada zorla silahlandırılan 600-yə yaxın şəxs təşkilatdan qaçıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png