ONN İnformasiya Agentliyi

Ən böyük su elektrik stansiyası fəaliyyətini dayandırdı

Ən böyük su elektrik stansiyası fəaliyyətini dayandırdı
22 Mart 2024 - 17:59

Ukraynanın ən böyük su elektrik stansiyası olan Dnepr SES yanğın və dağıntıdan sonra fəaliyyətini dayandırıb.

Bunu “Ukrhidroenerqo”nun direktoru İqor Sirota deyib.

“Bu gün iki stansiyadan heç biri işləmir. Biz suyu buraxmaq üçün müxtəlif rejimlər işləyirik”, – deyə o bildirib.

Sirota zərərin həcmini “çox böyük” adlandırıb.

“Yerlərin çoxuna yoxlamaq üçün belə gedib çata bilmirik, – deyə o əlavə edib. – Bu gün bərpa etmək üçün nə qədər vaxt lazım olduğunu söyləmək çətindir”.

Bundan başqa, Xarkovda enerji obyektlərinə 15-dən çox zərbə endirilib. Ondan sonra Xarkov və Dnepr şəhərləri işıqsız qalıb.

Qeyd edək ki, martın 22-nə keçən gecə Rusiya hərbçiləri Ukraynaya irimiqyaslı raket hücumu həyata keçiriblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png