ONN İnformasiya Agentliyi

Ən pis ssenariyə hazırıq – RƏSMİ MOSKVA

Ən pis ssenariyə hazırıq – RƏSMİ MOSKVA
08 Aprel 2021 - 15:16

Moskva ABŞ-la münasibətlərdə ən pis ssenariyə hazırdır.

ONN media  xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-dan rusiyalı diplomatların çıxarılmasının mümkünlüyü ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

“Başa düşürsünüz, Amerika tərəfinin düşmənçilik və proqnozlaşdırıla bilinməyən fəaliyyəti bütövlükdə bizi ən pis ssenarilərə hazır olmağa məcbur edir. Yəni ki, sizin olduqca aqressiv əhval-ruhiyyəli həmsöhbətiniz olduqda, təbii ki, siz hər zaman mobilizə olunmuş vəziyyətdə olursunuz”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, KİV-də ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə bağlı ssenarilər yayılıb. Rusiyalı diplomatların ABŞ-dan çıxarıla biləcəyi də qeyd olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png