ONN İnformasiya Agentliyi

Ərdoğan Almaniyaya təşəkkür etdi

Ərdoğan Almaniyaya təşəkkür etdi
23 Dekabr 2017 - 8:26

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Fələstin lideri Mahmud Abbasla telefon danışığı aparıb.

ONN media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Telefon danışıqları zamanı dünən BMT-də Qüdsün statusu ilə bağlı qəbul edilən qətnamədən dolayı məmnunluq ifadə edilib. Səsvermənin nəticəsinin regionda sülh və sabitliyin qorunmasında xüsusi önəm kəsb etdiyi, beynəlxalq hüquq və prinsiplərə söykəndiyi vurğulanıb. Ərdoğan AB ölkələrinin, o cümlədən Almaniyanın vahid mövqedən çıxış etdiyini deyərək, alman həmkarına təşəkkürünü bildirib.

Bundan əlavə, Abbasla aparılan danışıqlarda ABŞ-ın Qüdslə bağlı qərarının yanlış olduğu növbəti dəfə vurğulanıb və BMT-nin son qətnaməsinin yerində qəbul edilən qərar olduğu deyilib.

Fələstin lideri həmçinin ən başdan bəri verilən dəstəkdən dolayı Ərdoğana Fələstin xalqı adından təşəkkürünü bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png