Ərdoğan Atatürkün dəfn olunduğu məqbərəni ziyarət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan and içdikdən sonra ölkənin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib.

ONN media xəbər verir ki, o, Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

R.T.Ərdoğan daha sonra xatirə dəftərini imzalayıb.

Qeyd edək ki, R.T.Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib və səlahiyyətlərinin icrasına başlayıb.