Ərdoğan onu MƏHKƏMƏYƏ VERDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Respublikaçı Hərəkat Partiyasının sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

ONN media  xəbər verir ki, Ərdoğan Kılıçdaroğludan 500 min TL mənəvi kompensasiya tələb edir.

Prezident partiya sədrinin çərşənbə axşamı günü Türkiyə Böyük Millət Məclisinin qrup toplantısındakı çıxışında işlətdiyi ifadələrə görə bu addımı atıb.