ONN İnformasiya Agentliyi

Ərdoğan qələbəsini elan edir – Bu səslər hələ hesablanmayıb

Ərdoğan qələbəsini elan edir – Bu səslər hələ hesablanmayıb
15 May 2023 - 15:44

Türkiyədə keçirilən prezident seçkilərində səslərin 99,38 faizi sayılıb.

ONN media xəbər verir ki, sayılan səslərə əsasən Rəcəb Tayyib Ərdoğan 49,42 faiz, Kamal Kılıçdaroğlu 44, 95 faiz, Sinan Oğan 5,20 faiz, Məhərrəm İncə 0,44 faiz səs yığıb. Türkiyə mətbuatının məlumatına görə, bu səslərə xarici ölkələrdə türkiyəli seçicilərin verdiyi səslər əlavə edilməyib. Bildirilir ki, xaricdən gələn səslər əlavə oldunduqdan sonra Ərdoğanın 50,02 faiz səs qazanacağı güman edilir. Bu da prezident seçilmək üçün 50 faizlik həddi keçmək deməkdir.

Qeyd edək ki, ötən gecə Ərdoğan “balkon çıxışı”nda bu məsələyə diqqə çəkib. Ərdoğanın sözlərinə görə, xaricdən gələn səslər hesablandıqdan sonra seçkilər birinci turda bitə bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png