ONN İnformasiya Agentliyi

Ərdoğandan müharibə xəbərdarlığı: Vaxt bitir!

Ərdoğandan müharibə xəbərdarlığı: Vaxt bitir!
26 Fevral 2020 - 15:51

Suriyada humanitar böhranın qarşısını almaq üçün hərtərəfli çalışırıq.

ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hazırda Türkiyədə 3,7 milyon suriyalı qaçqın var. Daha 1 milyon qaçqının ölkəmizdə qəbul etməyimiz mümkün deyil.

Tələb edirik ki, Suriya rejimi Soçi razılaşmasına əsasən müəyyən edilən sərhədlərə geri çəkilsin. Verdiyimiz vaxt dolmaq üzrədir. Fevralın sonuna kimi nəzarət nöqtələrimizi azad etmək fikrindəyik.

Biz bu coğrafiyanın qonağı deyil, ev sahibiyik. Buna görə də İdlibdə kiçik də olsa geri addım atmayacağıq. Bu məsələdə Türkiyə olaraq qətiyyətliyik. Müharibədə top, tank, raket müəyyən yerə qədər işə yarayır. Əsas məsələ ürəkdir, inancdır, imandır”, – Ərdoğan bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png