ONN İnformasiya Agentliyi

Ərdoğanın Putin və Zelenskiyə təklifi nə olacaq?

Ərdoğanın Putin və Zelenskiyə təklifi nə olacaq?
04 Yanvar 2023 - 10:21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə planlaşdırılan telefon danışıqları zamanı Ankaranın danışıqlar prosesində vasitəçiliyini bir daha təklif edəcək.

ONN media xəbər verir ki, bu barədə “RİA Novosti”yə diplomatik mənbələrdən məlumat verilib.

Bildirilib ki, Ərdoğan atəşkəsə nail olmaq üçün danışıqlar prosesinin bərpası istiqamətində səylərini davam etdirmək niyyətindədir:

“İki tərəflə danışıqlar aparmaq imkanı əldə edən Türkiyə prezidenti öz vasitəçiliyini təklif etməyə davam edəcək”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, telefon danışığı bu gün baş tutacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png