Ərdoğanla görüşdən sonra Putindən VACİB AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Putin arasında keçirilən görüşdən sonra hər iki dövlət başçısı bəyanatla çıxış ediblər.

ONN media xəbər verir ki, Rusiya Prezidenti Suriya böhranının həlli üzərində işlədiklərini bildirib.

“Suriyadakı böhranın siyasi həll yolundan danışdıq. İdlibdə sabitlik məsələsini, ABŞ rəhbərliyinin ordunu çıxarmaq qərarının Suriyadakı vəziyyətə necə təsir edəcəyini müzakirə etdik. ABŞ bu addımı atarsa, bu, proseslərə müsbət təsir edəcək. Bu bölgə indi kürdlərin əlindədir. Suriya rəhbərliyi kürdlərin nümayəndələri ilə görüşməlidir. Bu dialoq həm Suriya toplumu arasında anlaşma əldə edilməsi, həm də Suriya və qonşu ölkələrin maraqları baxımından uyğundur”.