ONN İnformasiya Agentliyi

Ərdoğanla Putin arasında telefon danışığı olub

Ərdoğanla Putin arasında telefon danışığı olub
24 Yanvar 2018 - 0:16

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefonla danışığı olub. İkitərəfli əlaqələrin də müzakirə olunduğu telefon danışığında Türkiyənin Afrində həyata keçirdiyi hərbi əməliyyat, o cümlədən Suriyadakı hadisələr haqqında fikir mübadiləsi aparılıb.

ONN media AZƏRTAC-a istinadən bildirir ki, Prezident Ərdoğan "Zeytun budağı" əməliyyatında məqsədin Afrin bölgəsini PYD/YPG və İŞİD kimi terror təşkilatı ünsürlərindən təmizləmək olduğunu bildirib.

Türkiyənin milli təhlükəsizliyini zəmanət altına almağı hədəfləyən bu əməliyyatın Suriyanın siyasi birliyi və ərazi bütövlüyü baxımından da əhəmiyyətli töhfə olduğunu deyən Ərdoğan Suriya məsələsində Rusiya ilə birlikdə çalışmağa önəm verdiyini vurğulayıb.

Hər iki lider Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinin uğuru və siyasi həllinin önünün açılması üçün birgə səyləri davam etdirməkdə qətiyyətli olduqlarını diqqətə çatdırıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png