ONN İnformasiya Agentliyi

100-ə yaxın insan həyatını itirdi

100-ə yaxın insan həyatını itirdi
10 Fevral 2019 - 15:46

Hindistanın Uttar-Pradeş və Uttarkxand ştatlarından son üç gündə 97 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

ONN media  xarici KİV-ə istinadən xəbər verir ki, yerli hakimiyyətin yaydığı məlumata görə, fevralın 7-də bir neçə kəndin sakini Ballupur kəndində toplaşaraq spirtli içki qəbul edib. Növbəti gün sakinlərin səhhətlərində pisləşmə qeydə alınıb. 

İlk ölüm halından sonra araşdırma başlayıb. Əməliyyat nəticəsində yerli polis qeyri-leqal yolla istehsal olunan 10 min litrdən çox alkoqollu içki aşkar edib. İki yüzdən çox insan saxlanılıb, bəzi vəzifəli şəxslər isə işdən azad ediliblər. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png