12 il öncə ölən Barış Akarsunun səsyazıları ortaya çıxdı

2007-ci ildə yol qəzasında həyatını itirən türkiyəli ifaçı Barış Akarsunun ailəsi maraqlı açıqlama verib.

ONN media xəbər verir ki, ailə Akarsunun heç yerdə işıq üzü görməmiş mahnılarının olduğunu bildirib.

“12 il sonra yeni albomu çıxır. Çox səs-küylü olacaq. Albom üçün çox yaxşı bir musiqi şirkətinin axtarışındayıq. Əgər güvənə biləcəyimiz yaxşı bir prodüser və ssenarist tapa bilsək, həyatından bəhs edən gözəl bir film də çəkəcəyik” deyə, ailədən məlumat verilib.

Qeyd edək ki, Barış Akarsu motosiklet qəzasında dünyasını dəyişib.