13 PKK terrorçusu təslim oldu

PKK terror qruplaşmasının bir neçə silahlısı Türkiyənin təhlükəsizlik qüvvələrinə könüllü təslim olub.

ONN media bu barədə “Report”-a istinadən xəbər verir.

Ölkənin DİN-nə istinadən yayılan xəbərdə qeyd edilir ki, təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatları PKK terror qruplaşmasının dağılmasını sürətləndirib. Əməliyyatlara ayrı-ayrı ailələrin dəstəyi ilə keçirilən inandırma üsullarının əlavə edilməsi ilə terrorçuların təslim olmaları son illər ərzində ən yüksək həddə çatıb.

Məlumata görə, PKK-nın 5 terrorçusu Şırnak vilayətinin Silopi qəsəbəsindəki Habur sərhəd-keçid məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olub.

Beləliklə, ilin əvvəlindən bu günə kimi yalnız inandırma yolu ilə terror təşkilatından ayrılaraq təhlükəsizlik qüvvələrinə təslim olan silahlıların sayı 13 nəfərə çatıb.