ONN İnformasiya Agentliyi

Polşadan Xorvatiyaya məsləhət: Azərbaycan yanacağından istifadə edin

Polşadan Xorvatiyaya məsləhət: Azərbaycan yanacağından istifadə edin
18 Noyabr 2017 - 9:40
Polşa hakimiyyəti bildirib ki, Avropa ölkələrini Rusiya təbii qazından imtina etməyə razı salmağa çalışır.
“Report” xəbər verir ki, bu barədə “Polşa radiosu” məlumat yayıb.
Ölkənin xarici işlər naziri Vitold Vaşikovskinin sözlərinə görə, rəsmi Varşava Xorvatiyaya Azərbaycan yanacağından istifadə etməyi təklif edib. O, qeyd edib ki, ölkə 2022-ci ilə Rusiyayla müqaviləni başa çatdırmağa planlaşdırır.
“Biz başqa dövlətləri təşviq edirik. Məsələn, Xorvatiyanı ki, o da həmçinin Avropanın hissəsini təmin etmək üçün Adriatikdə qaz terminalı tiksin”, – deyə Polşanın Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Vaşikovski xatırladıb ki, Polşa artıq qazın çatdırılması ilə bağlı Birləşmiş Ştatlarla əməkdaşlığa başlayıb.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png