ONN İnformasiya Agentliyi

2 minə yaxın məscid bağlandı

2 minə yaxın məscid bağlandı
05 Fevral 2018 - 22:11

"Tacikistan hakimiyyəti fəaliyyət göstərməsi üçün icazə sənədi olmayan 1938 məscidi bağlayıb".

Bunu Tacikistan hökuməti yanında dini və adət-ənənə işləri üzrə komitənin sədri Süleyman Davlatzoda fevralın 5-də jurnalistlərə bildirib.

“Onlara qeydiyyatdan keçmək üçün vaxt verilmişdi. Ancaq müəyyən edilən müddət ərzində qeydiyyatdan keçmədikləri üçün məscidlər bağlandı”, – komitə sədri vurğulayıb.

Komitənin məlumatına görə, 2017-ci ilin sonunda Tacikistanda 4 minə yaxın dini müəssisə, o cümlədən 48 mərkəzi cümə məscidi, 326 cümə məscidi, 3528 beşdəfəlik məscidlər, 1 İslam mərkəzi, 3 ismaili mərkəzi, 67 qeyri-İslam birliyi qeydə alınıb. Son 9 ildə Tacikistanda imamlar attestasiyadan keçirilirlər. 2014-cü ildən din xadimlərinə hər ay 90 dollara yaxın maaş verilir. (report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png