2018-ci ildə Qış Olimpiadasının keçiriləcəyi şəhərdə “quş qripi” yayıldı

2018-ci ilin fevral ayında Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının təşkilatçıları ölkədə "quş qripi"nin yayılması xəbərlərindən narahatdırlar.

ONN media "RİA Novosti"yə istinadən xəbər verir ki, virus ölkənin cənub-qərbində yerləşən Çonbuk əyalətində aşkar olunub.

Yerli hakimiyyət orqanları idman obyektləri yaxınlığında yerləşən ferma işçilərini təqribən 6 min ördək və cücəni öldürməyə çağırıblar.

Bildirilir ki, 2018-ci il Olimpiadasının təşkilatçıları fermalara baş çəkərək lazımi tədbirlər görmək üçün 110 min dollar təklif ediblər.