ONN İnformasiya Agentliyi

2018-ci ilin seçki TƏQVİMİ – Azərbaycan, Ermənistan, Rusiya…

2018-ci ilin seçki TƏQVİMİ – Azərbaycan, Ermənistan, Rusiya…
09 Yanvar 2018 - 18:59

2018-ci il gərgin və dünya siyasətinə təsir göstərəcək önəmli hadisələrin gözləntisindədir.

ONN media Modern.az-a isinadən 2018-ci ildə regionda və dünyada baş verəcək əsas siyasi hadisənin – seçki və beynəlxalq konfransların keçiriləcəyi təqvimi təqdim edir.

Yanvarın ortalarında tanınmış siyasətçi və iqtisadçılar İsveçrənin Davos şəhərinə toplaşacaq. Sammit biznesin inkişafına həsr olunsa da, belə tədbirlər siyasətçilər üçün önəmli bəyanatlar vermək üçün meydan rolunu da oynayır.

Bu il forumun əsas mövzusu “Bölünmüş dünyada ümumi gələcəyin yaradılması” olacaq. Tədbirdə dünyanın əksər ölkələrinin başçılarının iştirakı gözlənilir.

Fevralın 16-dan 18-nə qədər isə Almaniyanın Münhen şəhərində Beynəlxalq Təhlükəsizlik Konfransı keçiriləcək. Konfrans dünyanın qlobal və geosiyasi hadisələrini müzakirə etmək üçün önəmli plasdarmdır. Konfransda Avropa və dünya siyasətinin önəmli simaları iştirak edəcək. Rusiyadan xarici işlər naziri Sergey Lavrovun, ABŞ-dan isə Pentaqon rəhbəri Deyms Mettisin konfransa qatılması gözlənilir. Almaniya kansleri Angela Merkel də Münhen Təhlükəsizlik Konfransına qatılacaq.

Ermənistanda prezident seçkiləri martın 1-dən start götürəcək. Budəfəki seçkilərin özəlliyi ondan ibarətdir ki, ölkədə əsas icraedici funksiya prezidentdən baş nazirə keçəcək. Prezident isə yaşı 40-ı keçmiş, son 6 ili daim Ermənistanda yaşayan namizədlərin qatılacağı seçkidə mübarizə aparacaq. Prezidenti parlament seçəcək. Yalnız 1 müddətdə (7 illik) seçkilən prezident ölkədə mərasim funksiyası yerinə yetirəcək. Hazırda prezidentliyə Qrant Baqratyan, Andreas Qukasyan, Paruyr Ayrikyan, Raffi Ovanisyan, Armen Melikyan və Vardan Sedrakyan namizəddir.

Martın 18-də Rusiyada prezident seçkiləri baş tutacaq. Seçkilərdə hazırki dövlət başçısı Vladimir Putin, müxalif jurnalist və teleaparıcı Kseniya Sobçak, həmçinin, Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski və Kommunist Partiyasının namizədi Pavel Qrudinin qatılacaq.

Oktyabrın 17-də isə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayacaq prezident seçkiləri keçiriləcək. Yerli və beynəlxalq müşahidəçilərin də izləyəcəyi seçkilərə dövlət büdcəsindən 55,1 milyon manat vəsait ayrılacaq.  

Noyabr ayında ABŞ-da Konqresin hər iki palatasına seçkilər keçiriləcək. Hər iki palatada Respublikaçılar Partiyasının nümayəndələri çoxluq təşkil etdiyi üçün prezident Donald Tramp üçün seçkilər böyük önəm daşıyır. Seçkilərdə Nümayəndələr Palatasının bütün 435 deputatı və Senatın 100 üzvündən 33-ü yenidən seçiləcək. Bəzi ekspertlərin fikrincə, seçkilərdən sonra demokratlar hər iki palata üzərində nəzarəti ələ ala bilərlər. Hazırda Senatda respublikaçıların 51, demokratların isə 49 mandatı var.

Paralel olaraq, 2018-ci il yanvarın 28-də Finlandiyada,  iyulun 1-də Meksikada,  iyulun 7-də Əfqanıstanda, iyulun 23-də Zimbabvedə və oktybarın 6-da Latviyada prezident seçkilərinin keçirilməsi gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png