ONN İnformasiya Agentliyi

3 il sonra həbsxanadan çıxan aktyor çətin günlərindən danışdı – FOTO

3 il sonra həbsxanadan çıxan aktyor çətin günlərindən danışdı – FOTO
19 Oktyabr 2020 - 19:24

2017-ci ildə narkotik istifadəsinə görə həbs olunan aktyor Səlim Ərdoğan Covid-19 səbəbiylə azadlığa buraxılıb. Sərbəst buraxıldıqdan sonra müsahibə verən aktyor həbsxanada yaşadığı çətinliklərdən danışıb.

ONN media xəbər verir ki, peşman olduğunu dilə gətirən məşhur əlindəkilərin qədrini bilmədiyini deyib:

“İçəri girəndə qızım bir aylıq idi. Körpəliyini görə bilmədim. Hər şeydən çox buna üzüldüm. 2017-ci ildə həbsxanaya getməzdən əvvəl hər şeyim var idi. Yıldız Kenter və Haldun Dormen kimi ustalar məni böyütdülər. Onlardan dərs aldım, bunu aktyorluğumda istifadə etməyə çalışdım. Karyeramda çox yaxşı bir məqamda idim. İndi o günlərin dəyərini daha yaxşı başa düşürəm. Hər şeyim var idi pulum, karyeram, dostlarım, amma onları qiymətləndirə bilmədim. Sanki gözümə pərdə asıldı, tanrı məni cəzalandıraraq dərs vermək istədi. Hamısı əlimdən sürüşüb getdi. Erdal Tosunun qəfil ölümü də mənə psixoloji cəhətdən çox təsir etdi. Onunla çox yaxın idik. Son dəfə evimi ziyarət edərkən də “Çox gözəl bir yerdə yaşayırsan, dəyərini bil” demişdi. Heç vaxt üsyan etməmişəm. Hər pis şeydə bir yaxşılığın olduğunu deyirlər. Düşünürəm ki, bu dərslərdən bir nəticə çıxartmaq və gənclərə danışmaq lazım gəlirmiş.

Gəncliyi qorumaq üçün çox ciddi bir mübarizə lazımdır. Dövlətimiz bu mövzuda çox ədalətli və yaxşı mübarizə aparır. Bunu öz övladımı düşünərək bildirirəm… Xahiş edirəm narkotikdən uzaq durun, onu istifadə edən insanlarla danışmayın. Dünyanı yaxından izləyərək hər gün özünüzü daha da inkişaf etdirməyə çalışın. Hökümətimiz narkotiklərlə mübarizə üçün nə qədər sərt tədbirlər görsə, bir o qədər yaxşıdır. Sonuna qədər haqlıdırlar. Bu qədər savadlı və yaxşı bir ailədə böyüməsəm də, narkotik istifadə etdim. Bunun qarşısını almaq üçün kəskin tədbirlər görülməlidir”.

Aktyor sonda prodüserlərdən cəzası bitdikdən sonra ona ikinci bir şans verməsini istəyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png