ONN İnformasiya Agentliyi

3000 nəfərə yaxın dövlət qulluqçusu işdən azad edildi

3000 nəfərə yaxın dövlət qulluqçusu işdən azad edildi
24 Dekabr 2017 - 22:58

Türkiyə hökuməti fövqəladə vəziyyət rejimi çərçivəsində hərbi çevriliş cəhdi ilə əlaqəsi olan daha 2756 nəfər dövlət qulluqçusu işdən azad edən qərar qəbul edib.

Trend-in məlumatına görə, Türkiyə Hərbi Qüvvələrindən 637 nəfər, o cümləən quru qoşunlarından 155 nəfər, Hərbi Dəniz Qüvvələrindən 155 nəfər, Hərbi Hava Qüvvələrindən 327 nəfər azad edilib. İşdən azad edilənlər arasında polis, sahil mühafizəsi xidməti, Ədliyyə Nazirliyinin, Təhsil Nazirliyinin, dövlət universitetlərinin, Dini Məsələlər üzrə İdarənin əməkdaşları da var.

Bundan əlavə, 17 ictimai təşkilat, o cümlədən 7 fond bağlanıb.

Qeyd edək ki, 2016-cı ilin iyul ayında Türkiyədə hərbi çevriliş cəhdi baş verdikdən sonra İstanbul polisində F.Gülən tərəfdarlarının olduğu üzə çıxmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png