ONN İnformasiya Agentliyi

31 Mart Soyqırımı il bağlı gizli qalanlar bunlardır

31 Mart Soyqırımı il bağlı gizli qalanlar bunlardır
31 Mart 2023 - 10:29

Bu gün, 31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Bu, Azərbaycan tarixinin ən faciəli günlərindən biridir.

31 mart 1918-ci ildə Vladimir Leninin ideyası, Stepan Şaumyanın icrası ilə minlərlə azərbaycanlı şimallı-cənublu soyqırımına məruz qalıb.

ONN media xəbər verir ki, tarixçi alim Zaur Əliyev indiyə qədər məlum olmayan faktları açıqlayıb.

Tarixçi bildirib ki, onun əsas tədqiqat istiqamətlərindən biri erməni terrorizmi, kimliyi və psixologiyasıdır.

“ İllərdir çox nadir sənədlər əldə edib araşdırıram. Bu sənədləri əldə etdiyim arxivlər Ermənistanın özündən tutmuş İran, Rusiya, Türkiyə, Britaniya, Fransa, Gürcüstan, Almaniya və digər ölkələrdə yerləşir. Onların əsasında bu faktları və özümün əldə etdiyim nəticələri sizə təqdim edirəm.

1) Qətllərin eyni dəsti-xətti. Mən 1905-ci ildən 1993-cü ilə qədər ermənilər tərəfindən törədilən soyqırımların sənədləri, şahidlərin ifadələri, istintaq nəticələri və tibbi arayışları oxuduqca, bu illər ərzində niyə işgəncə, qətl və vəhşiliklərin eyni dəst-xətt üzrə baş verməsini analiz edirdim. Bir gürcü alim dostumun əldə etdiyi çox nadir əlyazma sualıma cavab verdi. 1828-ci ildə Azərbaycan torpaqlarına tam yerləşən ermənilər üçün Eçimədzin kilsəsinin hazırladığı bir qətl proqramı var. Həmin proqramda erməniyə düşmən olan hər kəsin hansı formada qətl edilməsi, işgəncə verilməsi, əsirlərə necə rəftar edilməsi, hansı bədən üzvlərinin şikəst edilməsi, hansı orqanların zədələnməsi və sairə bir-bir ermənilərə öyrədilir. İllərdir ermənilər kilsədən onlara təlimat formasında gələn bu qətliam proqramı ilə hərəkət edirlər.

2) 400 milyon qızıl pul 31 mart soyqırımı zamanı ermənilərin əlinə keçib. Bunun 100 milyonu Leninə çatıb, 80 milyon Şaumyana və qalanı bolşeviklər və ermənilər arasında bölünüb.

3) Azərbaycanda yaşayan, etnik kimliyindən asılı olmayaraq müsəlman olan hər bir şəxs qətl edilib. Evlərə daxil olan ermənilər quran, yaxud islam elementi görən kimi ailələri qətl ediblər. Buna görə yüzlərlə ailə islama aid kitabları və əşyaları yaxınlıqda olan qəbristanlıqda basdırıblar ki, sağ qala bilsinlər.

4) Qətl edilənlərin bir qismi talış, kürd, tat, ləzgi, avar, padar, yəhudi, rus, polyak və almanlar olublar. Hətta yüzdən çox erməni ailəsi azərbaycanlıları evlərində gizlətdiyi üçün qətl edilib.

5) 40 çemodan Azərbaycan tarixinə aid sənəd, kitab, xəritə, əşyalar Mikoyan tərəfindən Moskvaya aparılıb.

6) Bütün silahlar İran və Rusiyadan gətirilib, Bakıda erməni kilsəsinin anbarında saxlanılıb və sonra burdan bölüşdürülüb.

7) Soyqırım 3 paytaxt şəhərdə baş verməli idi. Tiflis, Bakı və Təbrizdə. Lakin Şaumyan Tiflisdə bunu icra edə bilmir və Bakıya qayıdır. Təbrizdə də alınmır deyə Urmiya əsas mərkəz kimi götürülür.

8) Şamaxı, Quba, Siyəzən, Xaçmaz, Xızı və digər ərazilərdə kütləvi məzarlıqlar qazılıb Azərbaycanlılar orda basdırılıb. Lakin çox təəssüf ki, Şamaxı və Qubadan başqa digər yerlər bu gün də üzə çıxarılmır.

9) Bakıda Dağüstü park, indiki Alov qüllələri olan yerdə, kəndlərdə kütləvi qəbiristanlıq salınır. Hətta minlərə azərbaycanlıların meyitləri Xəzərə atılıb.

10) 31 mart günü Qacar İranı və Rusiya gəmiləri dəniz kənarında gözləyiblər ki, erməni qatillərini aradan çıxarıb apara bilsinlər.

11) Xəzər adalarına yüzlərlə insan aparılaraq güllələnib.

12) Ermənilər və bolşeviklər öldürülənlərin ağızlarında olan qızıl dişlərini belə söküblər.

13) Hər bir erməni dəstəsində Eçiməzdindən təyin edilən iki keşiş olub.

14) Bəzi erməni dəstələri türk əsgəri geyimində etnik xalqlar olan kəndlərə hücum ediblər ki, sonra bunu türklərin etdiyini desinlər.

15) Bakının Malokan bağında yüzdən çox şəxs güllələnib və orada da yandırılıb.

16) 31 mart günü 200 dən çox oğlan uşağı oğurlanıb və onlar barədə itkin statusu verilib.

17) 10 mindən çox mal-qara Qarabağ və Naxçıvan ərazisindən oğurlanıb.

18) Bəzi yerlərdə içməli su quyularına zəhərli məhlullar tökülüb.

19) Və ən dəhşətlisi: ermənilər keşişlərin xeyir-duası ilə xaç altında yüzlərlə azərbaycanlının başını qurbanlıq kimi kəsiblər.

Bunlar əldə edilən məlumatlardan toplanıb. Hələ çox sənədlər var ki, əlimiz onlara çatmayıb. Zamanla yeni faktlar üzə çıxacaq.

Biz bunu unutmamalıyıq. Çünki bu, bizim faciəli tariximizdir”, – deyə Zaur Əliyev yekunlaşdırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png