ONN İnformasiya Agentliyi

Arıqlar küçəyə çıxmasın- MARAQLI XƏBƏRDARLIQ

Arıqlar küçəyə çıxmasın- MARAQLI XƏBƏRDARLIQ
12-04-2025, 18:29
Çinin paytaxtı Pekində və ətraf bölgələrdə güclü fırtına təhlükəsi səbəbilə çəkisi 50 kiloqramadək olan insanlara küçəyə çıxmamaq tövsiyə olunub.
ONN media xəbər verir ki, bu barədə Pekin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Bildirilib ki, küləyin sürəti saatda 150 kilometrə çata bilər ki, bu da çəkisi az olan insanları küləyin aparması riskini yaradır. Xəbərdarlıq Pekinlə yanaşı Hubey vilayətini və Tyanjin şəhərini də əhatə edir. Belə bir çağırış Çin paytaxtında son 10 ildə ilk dəfə edilir.
Sinoptiklərin proqnozuna əsasən, bölgədə 17 ballıq şkala üzrə 11-13 ballıq güclü fırtına gözlənilir.
Qurum sakinləri yüksək binaların, reklam lövhələrinin, müvəqqəti qurğuların və iri ağacların yaxınlığında dayanmamağa çağırıb
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png