ONN İnformasiya Agentliyi

38 yaşlı həmyerlimiz Latviyada deputat seçildi

38 yaşlı həmyerlimiz Latviyada deputat seçildi
22 Fevral 2024 - 14:46

Həmyerlimiz Amil Səlimov Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb.

ONN media xəbər verir ki, bu barədə A.Səlimov “Asan Radio”ya özü məlumat verib.Onunla eyni partiyadan olan deputatlardan birinin fəaliyyəti dayandırıldığı üçün həmyerlimiz partiya siyahısından seçilərək, onu əvəzləyib.

Qeyd edək ki, 38 yaşlı həmyerlimiz Latviyada anadan olub, təhsilini də həmin ölkədə alıb.

A.Səlimov həmçinin Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə əlaqələndiricisidir.

Xatırladaq ki, Latviya parlamentinə sonuncu seçkilər 2022-ci il oktyabrın 1-də keçirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png